“Rusiya və Belarusun Estoniyanın sədrliyini təsdiq etmək istəməməsi səbəbindən ATƏT dağıla bilər”.

Bu barədə Estoniyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

“Əgər 2024-cü ildə sədr olmazsa və bu məsələdə konsensus yoxdursa, gələn il ATƏT-in bir təşkilat kimi məhv edilməsi ili olacaq”, - deyə Haavisto bildirib.

Qeyd edək ki, təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında rotasiya ilə seçilən sədrlik 57 üzv dövlətin hamısı tərəfindən təsdiqlənməlidir.

Lakin bu il Rusiya və Belarus Estoniyanın gələn il sədrliyə namizədliyini dəstəkləməyib və Estoniya özü də namizədliyindən imtina etmək istəmir.

.