Filippində terror aktı törədilib.
Bu barədə "Sinxua" agentliyi məlumat verir.
Məlumata görə, hadisə Basilan vilayətində qeydə alınıb. Belə ki, avtomobilin partladılması nəticəsində azı 6 nəfər həlak olub. Onlar arasında uşaq da var.
"CNN"in məlumatına görə isə, hadisəyə görə məsuliyyəti "Əbu Səyyaf" qruplaşması üzərinə götürüb. Qruplaşma terrorçu İŞİD-ə sədaqət andı içib.
.
