Filippində motosikletli naməlum şəxslər insan izdihamının yaşandığı yerə qumbara atıb. Yenizaman.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Esparansa şəhərində keçirilən karnaval zamanı baş verib.
İnsident nəticəsində 6 yaşlı bir uşaq ölüb, daha 38 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyətinin kritik olduğu xəbər verilir.
Polis olayla bağlı araşdırmalara başlayıb.
.