FIFA 2019-cu ildən 2022-ci ilədək olan dövr ərzində rekord məbləğdə gəlir əldə edib.

Bu barədə məlumat ali futbol qurumunun 2022-ci il üçün açıqladığı hesabatda yer alıb. FIFA-nın 3 illik qazancı 7,6 milyard ABŞ dolları olub.

Qurumun prezidenti Canni İnfantino bildirib ki, bu, güclü maliyyə şəffaflığının nəticəsi və futbolu həqiqətən qloballaşdırmaq üçün səy göstərmələrinin sübutudur.

Qeyd edək ki, hesabatda 2023 - 2026-cı illərdə FIFA-nın gəlirinin 11 milyard dollar olacağı proqnozlaşdırılıb.

.