FIFA Rusiya Futbol İttifaqının (RFİ) qurum üzvlüyündən çıxarılmasında maraqlı deyil.

“championat.com”un məlumatına görə, ali futbol qurumu RFİ ilə bağlı qərarını dəyişə bilər.

FIFA Konqresinin sabahkı toplantısında məhz bu məsələ müzakirəyə çıxarılacaq. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası böyük ehtimalla ruslara qarşı mövcud sanksiyaları qüvvədə saxlayacaq. Həmçinin RFİ-nin qurumdakı fəaliyyətinin dondurulması da gündəmdədir.

Qeyd edək ki, Rusiya yığması və klubları FIFA və UEFA tərəfindən beynəlxalq arenalardakı yarışlardan kənarlaşdırılıb.

.