FIFA futbolu kökündən dəyişdirəcək beş dəyişiklik barədə müzakirələr aparır.

Bu iddia ilə Türkiyənin “NTV Spor” kanalı çıxış edib.

Tarixi dəyişikliklərin aşağıdakılardan ibarət olduğu açıqlanıb:

Hər hissənin müddəti 45 dəqiqədək 30 dəqiqəyədək azaldılacaq;
Matç zamanı “təmiz vaxt” anlayışı tətbiq ediləcək və oyunun dayandığı vaxtlarda onun vaxtı da dayandırılacaq;
Oyunçu dəyişikliyi məhdudiyyətsiz olacaq;
Aut atışları ayaqla icra ediləcək;
Sarı kart alan futbolçu 5 dəqiqə oyundan kənar qalacaq.

Qeyd edək ki, əgər bu dəyişikliklər tətbiq olunarsa, futbol alışdığımızdan daha fərqli bir oyuna çevrilə bilər. 

.