Şənbə günü Fici arxipelaqı ərazisində 6,2 maqnituda gücündə zəlzələ olub.

Yenizaman.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar UTC vaxtı ilə 19.56-da qeydə alınıb. Zəlzələnin episentri Ficinin paytaxtı Suvadan 436 kilometr məsafədə olub.

Onun ocağı yerin 579 km. dərinliyində yerləşib.

Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.
.