"Diqlas" ticarət mərkəzinin yerləşdiyi binada söküntü işlərinə başlanılacaq"
Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.
O bildirib ki, söküntü işləri yaxın günlərdə həyata keçiriləcək: "Bina tam söndürülüb. Soyutma işləri yekunlaşdırılıb. Hazırda binanın aidiyyatı üzrə təhvil-təslimi ilə bağlı işlər aparılır".
.
