Fövqəlada Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran “ASAN Xidmət”də mülkü müdafiə təlimi keçirilib.
Təlimdən əvvəl Cənub Regional Mərkəzi əməkdaşları, fövqəladə hallar zamanı istifadə olunan avadanlıqları işçilərə nümayiş olunub. Rəsmilər mülki müdafiə tədbirlərının icra vəziyyətindən danışıb, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin və fövqəladə halların nəticələrinin aradan qaldırılması vacibliyini bildirib.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal bas verən ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi əraziyə giris çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsiredici zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş verən obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri yerinə yetirilib.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin muhafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi
heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyının qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı
təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Qeyd edək ki, mülki müdafiə təliminə ümumilikdə 90 nəfər şəxsi heyət və 10 ədəd texnika cəlb edilib. Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, mülki müdafisi dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulan məqsədlərə nail olunub.
.