Sumqayıtda Etilen-Polietilen Zavodunda yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt və Bakı qarnizonunun əməkdaşları cəlb edilib. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb edilib.
Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev deyib.
O bildirib ki, havanın isti keçməsi yanğının söndürülməsinə təsir göstərir: “Mürəkkəb və çətin prosesdir, lakin əlimizdən gələni edirik ki, yanğını qısa bir müddətdə söndürək”.
.