"AFEN Plaza”da baş vermiş yanğın 300 kvadratmetr ərazini əhatə edib”.

APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini, polkovnik Rza Xudiyev deyib.
Onun sözlərinə görə, yanğınla bağlı DYMX-ya saat 12:07 radələrində məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə Nərimanov Rayon Dövlət Yanğından Mühafizə hissəsi göndərilib: "Yanğının mürəkkəbliyi nəzərə alınaraq, hadisə yerinə əlavə texnika və canlı qüvvə cəlb edilib”.

R. Quliyev qeyd edib ki, yanğın zamanı binanın 6-cı mərtəbəsində 40-a yaxın işçi olub və onlar dərhal təxliyə edilib: "Hələlik yanğının səbəbləri barədə bir söz deyə bilməyəcəyəm. Yanğın nəticəsində ofisin asma tavanındakı izolyasiya materialları, ofis mebelləri, yüngül konstruksiyalı arakəsmələr yanıb. Şəxsi heyət tərəfindən 50 dəqiqə ərzində yanğın söndürülüb”.


.