Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Binəqədi rayonunda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 700 m² olan (hər mərtəbəsi 350 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət "Nanəli” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 m² sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikinti materialları bazarında baş vermiş yanğınla bağlı da rəsmi məlumat yayıb.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 m² olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m² sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.
Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
