Fevralın 26-da Bakı Metropoliteninin “Xətai” stansiyası adi iş rejimində fəaliyyət göstərəcək.

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ehtiyat qatarların da xəttə buraxılması nəzərdə saxlanılacaq.

Qeyd edək ki, fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunacaq. Bu münasibətlə vətəndaşlar Bakının Xətai rayonunda yerləşən və Xocalı faciəsinə həsr olunan "Ana harayı" abidəsini ziyarət edəcək.

.