Türkiyənin 16 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, 4 gün ərzində həyata keçirilən “KISKAÇ-23" adlı əməliyyatlar nəticəsində 73 nəfər saxlanılıb.

“Millətimizin duası və dəstəyi ilə terror təşkilatları və onlarla əlbir olanlara qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - paylaşımda vurğulanıb.

.