UEFA Millətlər Liqasının qrup mərhələsinin sabah keçiriləcək 5-ci turu çərçivəsində Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Qəbələdə mətbuat konfransı keçirib.

Konfransında başq məşqçi ilə yanaşı Azərbaycan millisinin üzvü Musa Qurbanlı da iştirak edib.

Baş məşqçi Fernando Santuş bildirib ki, Azərbaycan milli komandası ilə müqaviləsi 2028-ci ilə qədərdir: "Bu illər ərzində Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları qazanmağı planlaşdırmışam. Oyuna yaxşı hazırlaşmışıq, ilk oyunda Estoniyaya məğlub olsaq da, yaxsı oyun nümayiş etdirmişdik. Sabah da baxımlı oyun göstərmək istəyirik".

Jurnalistlərin suallarını cavablandıran millinin üzvü Musa Qurbanlı bildirib ki, Estoniya ilə oyuna yaxşı hazırlaşıblar: "Komandada əhval-ruhiyyə yaxşı vəziyyətdədir, inanıram ki, yaxşı oyun göstərəcəyik".

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

.