Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə (SİS) daxil etməlidirlər.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda əksini tapıb.

Bundan əvvəl fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə daxil etməsi tələbi qoyulmuşdu. Beləliklə, bununla bağlı müddət 2 il təxirə salınıb.

.