“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand Kriştianu Ronaldunun gedişi ilə bağlı vəziyyətdən və onu kimin əvəz edə biləcəyindən danışıb.

“Biz vəziyyətə bütövlükdə nəzər salmalıyıq. Hadisələr öz axarı ilə cərəyan edir: Erlinq Haland və Nunes artıq başqa klublara keçiblər. “Mançester Yunayted” Kriştianonu buraxsa, onun yerini tuta biləcək yalnız bir adam var. Ən çox güvəndiyim şəxs Levandovskidir” – deyə təcrübəli Rio Ferdinand vurğulayıb.

Ferdinand əlavə edib ki, Ronaldonu ancaq polşalı jücumçu ilə müqavilə bağladıqdan sonra azad etmək olar.

“Əgər “Mançester Yunayted” növbəti mövsümdə 20-25 qol vura biləcək futbolçunu tapmasa, Levandovskidən savayı kiminsə vəziyyəti xilas edəcəyinə inanmıram”, - deyə “Qırmızı şeytanlar”ın sabiq futbolçusu bildirib.

.