Fərdi qazlaşdırmanı həyata keçirən zaman abonentlər G-4 və G-6 sayğaclarla ödənişsiz təmin olunacaqlar.

Bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Facebook” hesabı vasitəsilə G-6 markalı məişət tipli qaz sayğacı haqqında ünvanlanan suala aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq qaydalarda dəyişikliklər olunub və bu qaydalar artıq Nazirlər Kabinetində baxılmaqdadır.

“Bildiyiniz kimi, “Azəriqaz” İB-də fərdi qazlaşdırmanı həyata keçirən xüsusi lisenziyalı təşkilatlarıdır və bu təşkilatların artıq müqavilələrində dəyişikliklərə başlanılıb ki, onlara həm G-4, həm də G-6 sayğaclar ödənişsiz veriləcək. Bu yalnız məişət tipli abonentlərə aiddir. Ona görə, müqavilələr bağlandıqca bu lisenziyalı təşkilatlardan fərdi qazlaşma həyata keçirilən zaman məişət abonentləri sayğacın ödənişsiz olduğunu tələb edə bilər”, - Ruslan Əliyev qeyd edib.

.