Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ceyhun Yaqubov dindirilib.

O, Qazaxda taksi sürücüsü işlədiyini bildirib: "Gecə saatlarında bir maşın mənə yaxınlaşdı. İçərisində olan şəxs məndən yol soruşdu. Sonra onları aparmağımı istədi. Dedi ki, 20 manat verəcək. Mən də 25 manat istədim. Cibimdən də yanacaqdoldurma məntəqəsində 10 manatlıq benzin doldurtdum. Yarıyolda onlar qaçdı".

Hakim məhkəməyə bəzi şahidlərin gəlmədiyini elan edib.

Məhkəmə həmin şəxslərin barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses sentyabrın 17-də davam etdiriləcək.
.