Bir ildir ki, sevgili olan aktrisa Fahriye Evcen və Burak Özçivit arasında münasibətin gərgin olduğu deyilir.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbulun mərkəzi küçələrindən birində yüksək səslə mübahisə edən cütlük ayrılığın bir addımlığındadırlar.
Şahidlər onların yolda birdən dalaşmağa başladıqlarını deyiblər. Burak Fahriyeni tələsik avtomobilə mindirsə də, yenə də mübahisələri davam edib. Aktrisa ətrafdakıların təəccüblü baxışları altında qışqıraraq maşından düşüb. Sonra taksi çağıran Evcen təkbaşına oradan ayrılıb.
Qeyd edək ki, Burak hazırda Neslihan Atagüllə "Kara Sevda" serialına çəkilir. Ekran işinin çəkilişləri başladığı vaxtdan nəinki Fahriyenin, eləcə Neslihanın sevgilisi Kadir Doğulunun da qısqanclığı barədə xəbərlər gündəmdən düşmür.
.