"Fahişəxanalar rəsmi şəkildə fəaliyyətə başlayandan sonra erotik teatrlar da qəbul olunacaq”.

Bunu AzNews.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlı ADO teatrının "GOTT və ya Cənnətin işğalı" adlı tamaşasına münasibət bildirərkən deyib.

Xalq artisti belə tamaşaların xarici praktikada çoxdan mövcud olduğunu deyib: "Azərbaycan tamaşaçıları bu vaxta kimi ənənəvi teatrdan başqa teatr görməyib. Məsələyə o bucaqdan yanaşılır. Bu yanaşma isə düz deyil. ADO teatrının təmayülü erotikadır. Bunu reklamda, ya da afişada qeyd etmək lazımdır. İstəməyən gəlməsin, baxmasın. Bizdə olmalıdır, ya olmamalıdır məsələsini isə mən həll etmirəm”.

Qeyd edək ki, ADO teatrı "GOTT və ya Cənnətin işğalı" adlı tamaşasını tədqim edib. Tamaşa sənət adamları arasında narazılıq yaradıb. Narazılığa səbəb teatrın aktyorlarının səhnəyə "pampers”də çıxması olub.
.