"Wikpedia”nın yaradıcısı Cimmi Vels (Jimmy Wales) "Facebook”a rəqib olacaq sosial şəbəkə platforması yaradıb.

Xarici mətbuat xəbər verir ki, "istifadəçilər məlumatlarını satmayacağıq” sloqanı ilə qurulan şəbəkənin adı "Wt:social” olacaq.

Məlumata görə, platformaya üzv olmaq istəyənlər aylıq və ya illik üzvlük haqqı ödəyəcək. Şəbəkə istifadəçilərindən Avropada aylıq 12 avro, illik 90 avro, ABŞ-da isə aylıq 13 avro, illik 100 avro üzvlük haqqı tələb olunacaq.

Xatırladaq ki, sosial şəbəkənin qurucusu Cimmi Vels hazırda platformanın 160 mindən çox üzvü olduğunu deyib.
.