Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra kadr dəyişikliyi edilib.
AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev APA-ya açıqlamasında bildirib ki, Rəyasət Heyətinin bu gün keçirilən iclasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev və Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov tutduqları vəzifədən azad ediliblər.
B. Əliyevin sözlərinə görə, onlar öz xahişləri əsasında vəzifədən azad olunublar.
B. Əliyev onu da əlavə edib ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsinə AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsinə isə Oqtay Səmədov təyin olunublar.
