Öyrəşdiyimiz adi ağ düyülərin qara növünün də yetişdirilərək satışa çıxarılması əhali arasında birmənalı qarşılanmayıb. Bu düyünün Ekoloji təmiz məhsul olmasına şübhələr olduğundan Azad İstehlakçılar Birliyinin Sədri Lənkəranda çəltik sahəsində olub, məhsula yerindəcə baxış keçirib. 

Eyyub Hüseynov- Azad İstehlakçılar Birliyinin sədri:"AİB-yə çoxsaylı telefon zəngləri gəlir qara düyü ilə bağlı. Son 3 ildə Azərbaycanın əmtəə bazarında qara düyü peyda olub. Xaricdən də gətirilir bu düyülər çox yuxarı qiymətə. Məlum olub ki, ölkəmizdə də istehsal olunur . Biz bunu dəqiqləşdirmək üçün bu plantasiyaya gəldik”.

Çəltik sahələrini qarış-qarış gəzən Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynova məlumat verilib ki, bu il Astaraçay müəssisəsi tərəfindən 200 hektar sahədə 4 növdə çəltik səpini aparılıb. Bunlar haşimi, apola,meko və qara düyü plantasiyalarıdır. Həmçinin 6 ha ərazidə əkilən qara düyü sahələrinə baxış keçiriən birlik sədri, bu düyünün də ağ düyü kimi təbii şəkildə yetişdirildiyini bildirib.Satışda olan süni düyülərə də toxunan Eyyub Hüseynov bildirib ki, onların texnoloji cəhətdən hazırlanma qaydası qanuna uyğundur. Laki təbii düyülər deyil. Amma ölkəmizdə İstehsal olunan düyülər ekoloji təmiz məhsullardır. Eyyub Hüseynovun sözlərinə görə birlik istehsalçılara qara düyünün bazara qanuna uyğun şəkildə satışa çıxarılmasında dəstək olmaq fikrindədir.

.