Albert Eynşteyninin ən məşhur düsturu – E=mc2 (kütlə və enerjinin ekvivalentliyi) yazıldığı məktubu ABŞ-da hərracda satılıb.

Bu barədə “İnterfaks” yazıb.

Məktub 1,2 milyon dollara – ehtimal olunan qiymətdən üç dəfə baha satılıb.

Qeyd edək ki, ekspertlər dünyada Eynşteynin əlyazısı ilə sözügedən düsturu yazdığı yalnız üç mətn olduğunu hesab edir.

 

 

.