Elçin Sadıqov saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb.

APA xəbər verir ki, Elçin Sadıqovun da ofisində və evində axtarış aparılıb.

***

Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilir.

APA-nın xəbərinə görə, bu barədə Əvəz Zeynallının dostları sosial şəbəkədə yazıblar.

İstintaq hərəkətləri çərçivəsində Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb.

Vəkil Elçin Sadıqovun isə evində axtarış aparılandan sonra vəkil olduğu ofisdə axtarış davam etdirilir.

Əvəz Zeynallıya cinayət işi açılıb.

Baş Prokurorluqdan bildirilib ki, hazırda istintaq hərəkətləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallının saxlanıldığı bildirilir.

APA xəbər verir ki, onun ofisində axtarış aparılacağı deyilir.

 

İctimai fəal İlkin Rüstəmzadə də bu barədə "Facebook"da yazıb.

Vəkil Elçin Sadıqov da sosial şəbəkədə prokurorluq orqanlarından zəng edərək, ofisində axtarışa gəldiklərini yazıb.

Elçin Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da prokurorluqdan ona evlərində axtarış aparılacağına dair xəbər verildiyini qeyd edib.


 

.