Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 11 700 ABŞ dolları olan seyf oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Tağıyev saxlanılıb.
.