Bakıda mənzildən oğurluq edən cinayətkar qrupun daha bir üzvü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 30 min ABŞ dolları və 100 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun üzvü, Bakı şəhər sakini Familə Vəliyeva saxlanılıb.
.