
"Bulvar ərazisində qrunt sularının sızması mütəmadi olaraq müşahidə edilir".
Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, əgər orada tullantı sularının axıdılması müşahidə edilərsə, bunun qarşısı alınır:
"Son günlər sosial şəbəkələrdə yayılan görüntülərə şərh olaraq demək istəyirəm ki, Bulvar ərazisində Xəzərə axan su qrunt suyudur. Bununla bağlı aidiyyəti üzrə laborator analizlər də götürülüb".
.