Təəssüf ki, iqlim dəyişiklikləri Azərbaycandan da yan keçməyib.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycan məhdud su resurslarına malik coğrafiyada yaşayır: “70 faizə yaxın suyumuz transsərhəd çaylar hesabına təmin olunur. Adambaşına düşən suyun həcminə görə, ölkəmiz ilk yüzlükdə 90-cı yerdə qərarlaşıb. Su ehtiyatları baxımından isə dünyada 140-cı yerdəyik".
Nazir müavini deyib ki, proqnozlar çox təəssüf ki, o qədər sakitləşdirici deyil:
"Son 30 ildə Azərbaycanın su ehtiyatı 20 faizə qədər azalıb. 2050-ci ilə qədər də 15-20 faizə qədər azalacağı ehtimal edilir. Bu, bizə sudan məsuliyyətlə istifadə etməli olduğumuzu göstərir".
.