“Bizdə köçürmələrlə bağlı ən böyük problem 2019-cu ildə olub”.

Bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

O bildirib ki, bizdə əvvəllər hamı hüquqşünas olmaq istəyirdi:

“Tarixə gedənlər isə katib olmağı düşünürdü. Hüquqşünaslığa bizdən hər hansı tələbə köçürülmür. Tarixdən bir və ya iki tələbə Hüquqşünaslığa köçürülür. Onlarda balı çox olub seçimdə səhv edənlər olur. Rezidentura ilə bağlı qaydalar fərqlidir. Amma rezidenturaya Səhiyyə Naziliyi cavabdehdir və inanmıram ki, orada köçürmə olsun. Amma informasiya texnologiyaları (İT) ilə bağlı rəqəmlər maraqlıdır. Son 5 ildə İT ixtisasları üzrə qəbul iki dəfə artıb. Bu gün orada cəmi 4 ixtisas var, onun 80%-i dövlət sifarişidir, qəbul planı isə 3300 nəfərdir. Magistraturada isə ixtisaslaşmaların sayı çoxdur. ABŞ-da 8000-ə yaxın ixtisaslaşma var. Bu sahədə də çoxlu işlər görülür”. Yaqub Piriyev deyib ki, bizdə doktorantura ilə bağlı problemlər var:

"Bu il bizə yerdəyişmələrlə bağlı müraciətlər daxil olub. Demək olar hamısı, Ümumi tarixədir. Texniki ixtisaslara yönələnlər yoxdur, çox azdır”.

.