Estoniya xarici işlər naziri Sven Mikser "Şimal axını-2" qaz boru kəməri layihəsinin tikintisini dayandırmağı tələb edib.

Yenizaman.az-ın "Die Welt"ə istinadən verdiyi xəbərə görə, estoniyalı XİN başçısı layihəni iqtisadi deyil, siyasi hesab edir.

"Bu, Rusiyanın Avropa siyasətinə qarışmaq üçün bir alətdir", - nazir müsahibəsində bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da Avropa ölkələrindən bu layihənin icrasından çıxmağı tələb edir.
.