"Estoniya və Finlandiya ehtiyac olduqda Baltik dənizini Rusiyaya aid gəmilərin keçidi üçün bağlayacaq".
Yenizaman-ın “err.ee” portalına istinadən xəbərinə görə, bunu Estoniya Müdafiə Qüvvələrinin komandanı, general-mayor Andrus Merilo deyib.
O əlavə edib ki, hazırda bununla bağlı xüsusi plan hazırlanır:
“Ərazi sularının və dəniz sərhədlərinin müdafiəsi ölkələrimiz arasında əməkdaşlıq sahələrindən biridir. Biz bu sahədə birgə fəaliyyəti daha da genişləndirmək niyyətindəyik. Rusiyanın Baltik dənizindəki hərbi aktivliyinin qarşısını almaq əsas məqsədimizdir. Hərbi cəhətdən biz buna hazırıq”.
.