Estoniya Latviya və Litvada olduğu kimi Rusiya nömrəli avtomobilləri müsadirə etməyəcək.

Estoniya parlamenti üzvlərinin “İzvestiya” nəşrinə verdiyi məlumata görə, Tallində belə bir məsələ gündəmdə deyil.

Bildirilib ki, Estoniyada martın 13-dən Rusiya dövət qeydiyyat nişanlı avtomobilləri vaxtında yenidən qeydiyyatdan keçirməyən avtomobil sahibləri 400 avroya qədər cərimələnəcək. Ekspertlər hesab edirlər ki, Estoniya Rusiyaya münasibətdə tarixən Baltikyanı qonşularından daha ehtiyatlı olub.

.