
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Maltaya qarşı keçirdikləri səfər oyununu şərh edib.
46 yaşlı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
"Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik. Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdu. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm.
Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.
.