Suriyanın Aralıq dənizi sahillərində yerləşən Latakiya əyalətinin hökumət qüvvələrinin nəzarətində olan Cebla və Tartus şəhərlərində ardıcıl törədilən partlayış nəticəsində 100-dən çox insan ölüb.

Bu haqda BBC məlumat yayıb.

Xəbərə görə, Ceblada 4 partlayış nəticəsində 45 nəfər həlak olub. Ölənlərin çoxu dinc sakinlərdir.


Qeyd edək ki, Tartus şəhərində Rusiyanın hərbi bazası yerləşir.

Məlumata görə, partlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
.