Ermənistanla Fələstin dövləti arasında diplomatik münasibətlər qurulub.
Yenizaman-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bununla bağlı kommunike BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu Sessiyası çərçivəsində imzalanıb.
Sözü gedən sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla fələstinli həmkarı Məhəmməd Mustafa imza atıblar.
.