Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə üzrə xüsusi nümayəndə Ruben Rubinyan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Rikeri qəbul edib.

Bu barədə “Sputnik Armenia” Ermənistan parlamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üçün görülən işlərin hazırkı mərhələsi və Ermənistanın bu məsələdə mövqeyini Rikerin diqqətinə çatdırıb.

Görüş zamanı Ermənistan və Türkiyə dövlətlərinin xüsusi nümayəndələrinin əldə olunmuş razılaşmalarının həyata keçirilməsinin vacibliyi də vurğulanıb.

.