Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun məlumatında bildirilir ki, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb.

Bundan başqa, 428 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 442 yaşayış evi yararsız vəziyyətə düşüb.

Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

“Sentyabrın 27-dən bu günə qədər Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub”.

Bu barədə Baş Prokurorluğun məlumatında qeyd olunub.

Bildirilib ki, nəticədə 4 uşaq hər iki valideyni itirib.

Erməni təxribatı nəticəsində sentyabrın 27-dən Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının statistikası açıqlanıb

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının statistikası açıqlanıb.

Baş Prokurorluqdan verilən xəbərə görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi və 15 ahıl şəxs həlak olub.

14 körpə, 36 uşaq, 101 qadın, 249 kişi və 45 ahıl şəxs isə xəsarət alıb.


 

.