Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Daxili İşlər Nazirliyinin (DİN) onun şəxsi silahlarını müsadirə etmək niyyətinə qarşı İnzibati Məhkəməyə müraciət edib.

Bu barədə “Armlur” nəşri məlumat yayıb.

Məlumata görə, diplomat DİN-in üç ədəd odlu silahın — "Walther", "Beretta-92" və "Glock 42" markalı tapançaların müsadirəsindən və ya yararsız vəziyyətə salınması tələbindən imtina etməsi ilə bağlı iddia qaldırıb.

Bildirilib ki, Ermənistan DİN son dövrlər müxtəlif illərdə vətəndaşlara, xüsusilə də yüksək vəzifəli şəxslərə verilmiş silah icazələrini diqqətlə yoxlayır. Bu çərçivədə bəzi hallarda silahlar müsadirə edilir və ya istismardan çıxarılır.

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.

.