Oktyabrın 25-də Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiyanın Ermənistandakı səfirinin Ermənistan XİN-ə çağırılması ilə bağlı sualı cavablandıran Zaxarova öz növbəsində Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkilinin Rusiya XİN-ə çağırıldığını söyləyib.

O qeyd edib ki, Rusiya rəhbərliyi, diplomatları, sülhməramlılar - hansılar ki, erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atırlar və hətta qurban verirlər - barədə “odioz” nəşrlər erməni diplomatın diqqətinə çatdırılıb.

Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən hakimiyyətin nəzarətində olan İctimai televiziyada, teleqram kanallarında aparılan anti-Rusiya kampaniyasının qəbul edilməzliyi müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

“Əminəm ki, Ermənistan tərəfi söhbətin nədən getdiyini anlayır”, -Rusiya XİN sözçüsü vurğulayıb.

.