Ermənistanın müdafiə naziri Suren Papikyan və İranın İrəvandakı səfiri Mehdi Sobhani müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Yenizaman yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığı, həmçinin regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib”, - məlumatda qeyd olunub.

.