Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsini Vaşinqton görüşünün ən mühüm nəticələrindən biri kimi qiymətləndirib.
Paşinyan bunu 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün ildönümü münasibətilə Ermənistan xalqına müraciətində deyib.
O bildirib ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) yaxın gələcəkdə Ermənistanın blokadasına son qoymaqla yanaşı, ölkənin və regionun iqtisadiyyatının əsas istiqamətlərindən birinə çevriləcək.
“Bu layihə Ermənistan və Azərbaycana bir-birini maneə kimi deyil, yol və qonşu kimi qəbul etməyə kömək edəcək. Yaxın vaxtlarda TRIPP layihəsinin praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisə olacaq”, – Paşinyan vurğulayıb.
.
