Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mətbuat orqanlarına verdiyi müsahibədə Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağla bağlı üçtərəfli razılaşmanın bəndlərini dəyişdirməyin mümkün olmadığını bildirib.

“Bəndələrin dəyişdirilməsi hərbi vəziyyətin dəyişdirilməsinə səbəb olacaq. Bu gün bu real deyil”, - deyə N.Paşinyan qeyd edib.

N.Paşinyan danışıqların aparılmasının zəruriliyini və sənəddə şərh tələb edən müddəaların olduğunu vurğulayıb.

Paşinyan: “2400 hərbçimiz öldürülüb, yüzlərlə itkin düşən var”

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı 2400 erməni hərbçisinin öldürüldüyünü bildirib. 

TASS agentliyi xəbər verir ki, N.Paşinyan bu barədə onlayn mətbuat konfransı zamanı bildirib.

O, həmçinin qeyd edib ki, Qarabağda bir neçə yüz erməni hərbçisi itkin düşüb:

“Onların bəzilərinin sağ olduğuna ümid edirik”.

.