Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb.

“Sputnik Armenia” verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb.

Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq.  

Ermənistan ərazisində yalnız “Mir” telekanalının açıq yayımına icazə verilib.

.