Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir

Bu təkliflə ölkənin Televiziya və Radio üzrə Komissiyasıınnı sədri Tiqran Akopyan çıxış edib.

O, bu məsələnin Avropa İttifaqı və ABŞ-də də müzakirə olunduğunu xatırladıb. Komissiya sədri bildirib ki, Ermənistan bu qərarın tətbiqi məsələsində gecikib.

T. Akopyanın sözlərinə görə, texniki tərəqqi sosial şəbəkələr üzərində nəzarətin itirilməsinə səbəb olub. Bu da bir sıra ölkələrin müəyyən tədbirlər görməsi ilə nəticələnib.

.