Ermənistanda qanunsuz olaraq silah və sursat daşımaq və saxlamaqda şübhəli bilinən 49 nəfər saxlanılaraq ərazi polis bölmələrinə aparılıb.

Bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan SputnikARM-ə bildirib.

Məlumatda qeyd edilir ki, saxlanılanların hamısı “Döyüş Qardaşlığı” birliyinin nümayəndələridir.

“Döyüş Qardaşlığı”nın üzvü Avetis Avetisyan isə səhər tezdən saxlanılıb. Bu barədə təşkilat məlumat yayıb.

Bildirilir ki, “Qardaşlar”ın digər üzvü Hrant Ter-Abramyanla əlaqə itib.

.