![](/uploads/img/posts/2024/06/15/666d4eefc1253666d4eefc12541718439663666d4eefc1251666d4eefc1252jpg-1718447300.jpg)
Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.
Yenizaman “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.
İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.
Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
.