Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 26 yoluxma halı qeydə alınıb. Bununla da Ermənistan üzrə koronavirusa yoluxanların sayı 1 013-ə çatıb.

Bundan başqa, Ermənistanda koronavirusdan 13 nəfər ölüb, 197 pasiyent müalicə olunaraq sağalıb.
.