Ermənistanda son sutka ərzində daha 577 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 31 min 969 nəfərə çatıb.

Məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, ötən gün həm də 6 xəstə ölüb və yoluxma nəticəsində həyatını itirənlərin sayı 565 nəfər olub.

İndiyədək 19 633 xəstə sağalıb. Hazırda 11 589 nəfər infeksiyadan müalicə olunur.

.